Xəbər lenti

Həmid Herisçinin vəziyyəti necədir? - Həyat yoldaşı açıqladı
Ölkə 19:22 28.01.2024

Həmid Herisçinin vəziyyəti necədir? - Həyat yoldaşı açıqladı

Xəbər verdiyimiz kimi, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, yanvarın 26-da Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, aparıcının vəziyyəti ilə bağlı həyat yoldaşı İlhamiyyə Rza sosial media hesabında paylaşım edib:

"Gün ərzində çoxsaylı zənglər gəlir. Hamıya cavab verə bilmirəm, üzrlü sayın. Həmidin həkimiylə danışdım. Vəziyyəti stabil-ağır qiymətləndirir".

Qeyd edək ki, 64 yaşlı Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə yanvarın 26-da saat 18:15-də qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilən aparıcının hazırda müalicəsi davam etdirilir.

Məlumat üçün onu da bildirək ki, Həmid Herisçi uzun illər ANS TV-də işləyib və indi də ANS Press-in bloq yazarlarından biridir. Həmid Heriscinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->