Xəbər lenti

Abubakar dubl etdi,
İdman 16:37 28.02.2026

Abubakar dubl etdi, "Neftçi" xal itirdi - 90+8 şoku

Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Neftçi" "Şamaxı"nın qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

"Ağ-qaralar"ın qollarını 60 və 90+1-ci dəqiqədə Vensan Abubakar vurub. Meydan sahiblərində 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə Karim Rossi fərqlənib.

Xallarının sayını 31-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. "Şamaxı" 26 xalla 8-ci yerdədir.

Günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.
--> -->