Xəbər lenti

Şabranda işçi ilə rəis əvəzi arasında qalmaqal
Ölkə 13:02 28.02.2026

Şabranda işçi ilə rəis əvəzi arasında qalmaqal

Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəis əvəzi Asif Nəsibov məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Balayeva Könül Nadir qızıdır. 

Könül Balayeva Asif Nəsibov tərəfindən işdən çıxarılıb. Rəis əvəzi bu addımını onun işə gəlməməsi ilə əsaslandırıb.  Könül Balayeva isə iddiasında qeyd edib ki, əlində xəatəliyi ilə bağlı arayış var və məhz səhhətində problem olduğu üçün işə gəlməyib. 

İş hazırda Şabran Rayon Məhkəməsində hakim Könül Mirzəfərovanın icraatındadır. 

Seyid
--> -->