Xəbər lenti

Yuri Vernidub: Sanki
İdman 17:10 28.02.2026

Yuri Vernidub: Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər"

Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər.

"Report" xəbər verir ki, bunu Bakı klubunun ukraynalı baş məşqçisi Yuri Vernidub mətbuat konfransında bildirib.

O, "Şamaxı" ilə heç-heçə etdikləri (2:2) Misli Premyer Liqasının XXII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Matçı şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Belə hal futbola yaraşmır. Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər. Amma dayanmayacağıq, iradəmiz ilə irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzürlü sayın, daha danışmaq istəmirəm".
--> -->