Xəbər lenti

Həmid Herisçinin son vəziyyəti açıqlandı (YENİLƏNİB)
Ölkə 12:00 27.01.2024

Həmid Herisçinin son vəziyyəti açıqlandı (YENİLƏNİB)

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Qeyd edilib ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.

11.35
 
"Aparıcı Həmid Herisçinin səhhətində heç bir irəliləyiş yoxdur”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

"Həmid Herisçinin vəziyyəti ağır olaraq qalır”.

Xatırladaq ki, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, ötən gün xəstəxanaya yerləşdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->