Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, həbsdə olan general-mayor Elçin Quliyevə ağır itki üz verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, general-mayor Elçin Quliyevin anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Əhməd
Şərhlər