Xəbər lenti

Günay Ağamalının köməkçisi işindən ayrıldı
Ölkə 10:20 23.02.2026

Günay Ağamalının köməkçisi işindən ayrıldı

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.

Qaynarinfo-nun Oxu.Az-a istinadən verdiyi məlumata görə, o, ötən həftə sözügedən vəzifəni tərk edib.

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.

Lakin hər iki tərəf bu xəbərləri təkzib etmişdi.
--> -->