Xəbər lenti

Dünya 12:28 12.05.2022

"Google" xəbərlər üçün saytlara pul ödəyəcək

"Google" Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox saytda öz xəbərlərini yayımlamaq üçün müqavilələr imzalayıb.

Qaynarinfo "Gizmodo"ya istinadən xəbər verir ki, "Google" xəbər saytlarında xəbərləri daha asan dərc etmək üçün də yeni proqram təklif edəcək.

"Google"un ən sərt tənqidçiləri arasında olan xəbər saytları uzun müddətdir ki, hökumətləri onlayn platformaların məzmunlarına görə ədalətli qiymət verilməsini təmin etməyə çağırıblar. 

Avstraliya keçən il belə ödənişləri məcburiləşdirib. Kanada isə keçən ay oxşar qanun qəbul edib.

"Google"un xəbərlər və yayım tərəfdaşlıqları direktoru Sulina Konnalın sözlərinə görə, "Google" növbəti aylarda daha çox xəbər saytına təkliflər göndərəcək: 

"İndiyə qədər Almaniya, Macarıstan, Fransa, Avstriya, Hollandiya və İrlandiyada 300-dən çox milli, yerli və məşhur xəbər saytı ilə müqavilələrimiz var. Bundan sonra siyahını daha da genişləndirməyi düşünürük. Biz indi Almaniya və Macarıstandan başlayaraq, növbəti aylarda digər Aİ ölkələrinə təqdim etmək üçün daha minlərlə xəbər saytına təkliflər təqdim etmək üçün yeni proqramın işə salındığını elan edirik". 

Proqram saytlara "Google"a lisenziya haqqı müqabilində fraqmentləri və miniatürləri göstərməyə imkan verən genişləndirilmiş xəbərlərə baxış müqaviləsi təklif edir.

Xəyal Abdullayev

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->