Xəbər lenti

Orta məktəb şagirdləri dönərdən zəhərləndi -ADLAR
Ölkə 08:57 10.12.2025

Orta məktəb şagirdləri dönərdən zəhərləndi -ADLAR

Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.

Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->