Xəbər lenti

Premyer Liqa:
İdman 23:55 09.12.2025

Premyer Liqa: "Sumqayıt" "İmişli"yə minimal hesabla qalib gəldi

Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.

82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.
Bu görüşdən sonra "Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->