Bristol Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma, milyonlarla il sonra Yer kürəsinin qitələrinin Pangea Ultima adlı vahid superqitəyə birləşməsi halında, həddindən artıq istilər səbəbindən insanların və digər məməlilərin kütləvi şəkildə məhv olması ehtimalı barədə xəbərdarlıq edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Earth.com yazıb.
Proqnozlara əsasən, gələcək superqitə iqlimi kəskin şəkildə pisləşdirəcək: okeanın təsirinin azalması, Günəş radiasiyasının güclənməsi və CO₂ səviyyəsinin yüksəlməsi "üçqat zərbə" yaradaraq temperaturu 40-70°C diapazonuna çatdıracaq. Belə şəraitdə insanlar və məməlilər bədənlərini effektiv şəkildə soyuda bilməyəcək və yaşamaq demək olar ki, mümkünsüz olacaq.
"Nature Geoscience" jurnalında dərc olunan araşdırma göstərir ki, yer səthinin yalnız 8–16%-i yaşamaq üçün yararlı temperatur həddində qala bilər, quraqlıq və məhdud su ehtiyatları isə vəziyyəti daha da ağırlaşdıracaq. Alimlər bildirirlər ki, hətta bu gün belə temperatur artımının məhsuldarlığa, energetikaya və insanların sağlamlığına mənfi təsirləri açıq şəkildə görünür.
"İnsan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları səbəbindən formalaşan hazırkı iqlim böhranını diqqətdən kənarda qoymaq son dərəcə təhlükəlidir”, deyə araşdırmanın həmmüəllifi, doktor Yunis Lo bildirib.
Aydın
Şərhlər