Xəbər lenti

Gələn il Rusiyanı gözləyən təhlükələr: İqtisadiyyatın çöküşü, hiperinfliyasiya... (ŞƏRH)
Dünya 19:52 20.12.2024

Gələn il Rusiyanı gözləyən təhlükələr: İqtisadiyyatın çöküşü, hiperinfliyasiya... (ŞƏRH)

"2025-ci ilin ikinci yarısından sonra Rusiyada hiperinfliyasiya başlayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamsında iqtisadçı ekspert Akif Nəsirli deyib. 

O, Qərbin Rusiyaya qarşı sanksiyalarının getdikcə güclənəcəyini qeyd edib:

"15-ci sanksiya paketi qəbul edildi. Dünya birliyi Rusiyanın qarşısında minlərlə qadağalar qoyub. Bu isə ölkə iqtisadiyyatının çökməsinin səsləndirir. Bu fonda isə Rusiya rublunun ucuzlaşması göləniləndir. Rus rublu dəyər itirə-itirə gəlir. Bundan sonra da dəyərini itirməkdə davam edəcək". 
 


Akif Nəsirli deyir ki, Qərbin sanksiyaları genişləndikcə, Rusiya iqtisadiyyatının manevr imkanları məhdudlaşacaq:

"Hesab edirəm ki, 2025-ci ilin sonuna kimi Rusiyada hiperinfliyasıya getməsi gözləniləndir. Çünki son illər sanksiyalardan kənar Rusiya ilə əməkdaşlıq edən Qərb və ABŞ şirkətlərinə qadağalar qoyulması ilə bağlı düşüncələr var. Amma Trampın hakimiyyətə gəlişi Rusiyanın xeyrinə nəyisə 10-15% dəyişə bilər. Qərbin və Amerikanın dərin dövlət düşüncəsi ondan ibarətdir ki, Rusiya bir güc mərkəzi olaraq sıradan çıxarılmalıdır".

Ekspert bu istiqamətdə həm geosiyası, həm də iqtisadi istiqamətlərdə prosesin getdiyini vurğulayıb:

"Bu proses 2022-ci ildən dayanmayıb, fasilə vermədən davam etməkdədir. Qərbin iqtisadi maraqlarına uyğun olaraq Rusiyaya müəyyən güzəştlər edilir. Ona görə edilir ki, bu kimi məsələlərdə Rusiyanın alternativi yoxdur. Məsələn, Rusiya qazının Avropa satılması məsələsi. İki il bundan əvvəl Rusiya ildə Avropaya 160 milyard kub/metr qaz satırdı. İndi həmin qaz həcmi 60 milyard kub/metrə endirilib. Növbəti ildə bu daha da azalacaq. Dünyada qazın kəmərlərlə ötürülməsi ənənələri getdikcə azalmaqdadır. Avropa Komissiyası öz ölkələrinin şirkətlərinə yeni kəmərlər çəkməyi qadağan edib. Məcbur edir ki, qazı mayeləşdirilmiş formada, qısamüddətli müqavilələrlə alsınlar". 

Akif Nəsirli Rusiyanın Avropanın enerji təhlükəsizliyində iştirakının ildən-ilə azaldığını əlavə edib:

"Bu ilin yekunlarına görə 60 milyard kub/metr yəqin ki, 30 milyard kub/metr kimi azalacaq. Bu azaldıqca Rusiyanın valyuta ehtiyyatları məhdudlaşır. Bu kimi məsələlər ölkə iqtisadiyyatını çökdürür. Bunlar da rublun taleyini həll edən məsələlərdəndir. Bu səbəbdən də 2025-ci ildə rubl ucuzlaşmaqda davam edəcək".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->