Xəbər lenti

Fiziki gücün pik həddə çatdığı yaş açıqlandı
Dünya 08:45 07.02.2026

Fiziki gücün pik həddə çatdığı yaş açıqlandı

İnsanın fiziki imkanları qəbul ediləndən daha erkən yaşda zəifləməyə başlayır. İsveçli alimlər uzunmüddətli müşahidələr əsasında bir neçə yüz insanın məlumatlarını analiz edərək belə nəticəyə gəliblər. Tədqiqat göstərib ki, dözümlülük və gücün pik yaşı 26–36 yaşa təsadüf edir, bundan sonra isə tədricən azalır və yaş artdıqca sürətlənir — idmanla məşğul olma vərdişlərindən asılı olmayaraq. 

Qaynarinfo xəbər verir ki, araşdırma "Journal of Cachexia, Sarcopenia and Muscle” (JCSM) jurnalında dərc olunub.

Əvvəllər belə nəticələr əsasən elit idmançılar üzərində aparılan araşdırmalara əsaslanırdı və onların fiziki forması da təxminən 30 yaşa qədər pik həddə çatırdı. Lakin müəlliflər vurğulayıb ki, peşəkar idmançılar ümumi əhali üçün tipik göstərici deyillər. Buna görə yeni tədqiqat gündəlik həyat tərzi fərqli olan adi insanlara yönəldilib.

Analiz göstərib ki, həm kişilər, həm də qadınlarda maksimal aerob dözümlülük və əzələ dözümlülüyü 26–36 yaşda müşahidə olunur. Sonra göstəricilər əvvəlcə ildə 0,3–0,6%, yaşlılıq dövründə isə ildə 2,5%-ə qədər azalır. 63 yaşa qədər fiziki forma pik göstəricilərə nisbətən 30–48% azalıb.

Əzələ gücü daha erkən pik həddə çatır — kişilərdə orta hesabla 27 yaşda, qadınlarda isə 19 yaşda. Sonrakı azalma sürəti isə hər iki cinsdə oxşar olub.

Yaşla bağlı dəyişikliklərin qaçılmaz olmasına baxmayaraq, alimlər qeyd edirlər ki, həyat tərzi həlledici rol oynayır. Mütəmadi fiziki aktivlik pik formanın qorunmasını təmin etməsə də, azalma sürətini xeyli yavaşladır.

Hətta yetkin yaşda idmana başlayan iştirakçılar da göstəricilərini təxminən 10% yaxşılaşdıra biliblər.

"Hərəkət etməyə başlamaq heç vaxt gec deyil. Tədqiqatımız göstərir ki, fiziki aktivlik işləkliyi azaltmağı yavaşlada bilər, hətta onu tam dayandıra bilməsə belə”, deyə işin aparıcı müəllifi, Karolinska İnstitutunun müəllimi Maria Vesterstol bildirib.

O əlavə edib ki, növbəti mərhələ insanların fiziki imkanlarının pikinin təxminən 35 yaşda niyə baş verdiyini və niyə məşqlərin yalnız azalmanı yavaşlada bildiyini izah edən bioloji mexanizmlərin axtarışından ibarət olacaq.

Aydın

--> -->