Xəbər lenti

Fərqanə Qasımovadan qızının toyunda qadağa
Maqazin 09:40 14.01.2026

Fərqanə Qasımovadan qızının toyunda qadağa

Yanvarın 16-da Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanənin toyu olacaq.

Qaynarinfo-nun Axşam.az-a istinadən məlumatına görə, şəhər restoranlarından birində keçiriləcək məclisdə Mövlanənin anası Əməkdar artist Fərqanə Qasımova qonaqlarına qadağa qoyacaq.

Belə ki, muğam ifaçısı məclisdə spirtli içki verilməsini istəmir.

Bundan başqa, toyda kişilər zalın yuxarı, qadınlar isə aşağı hissəsində oturacaqlar.

Qeyd edək ki, Mövlanə ötən ilin yanvarında Fərid adlı bəylə nişanlanıb.


--> -->