Xalq artisti Faiq Ağayev oğlu ilə bağlı suala əsəbiləşib.
"Gün ortası" verilişində qonaq olan zaman müğənniyə "Bir dəfə açıqladınız ki, 17 yaşında ata olmuşam. 25 yaşında oğlum var" sözlərinə F.Ağayev belə reaksiya verib:
"Bir dəfə demişəmsə təsdiqləməyə nə ehtiyac var? O vaxt danışdım və dedim ki, bir daha bu mövzuda danışmayacağam".
F.Ağayev aparıcı Zümrüd Bədəlovaya şəxsi həyatını efirdə gündəmə gətirdiyi üçün irad bildirib:
"ATV-nin Bədii Şurasının üzvü olaraq sənə və digər aparıcılara irad bildirirəm: Audivizual Şura belə dedi ki, ailə, məişət mövzuları efirdə danışılmasın. İnsanlar bu söhbətləri mətbəxdə etməlidir, televiziyada yox. Tamaşaçıların qarşısında səndən 1 illik pauza götürürəm: bir il mənə zəng etmirsən, əlaqə saxlamırsan. Bir il keçsin kinim soyuyar. Bir il səninlə danışmayacağam".//Axşam.az
Şərhlər