Xəbər lenti

Şeydayev “Qarabağ”a qayıtdı
İdman 09:20 11.09.2025

Şeydayev “Qarabağ”a qayıtdı

"Qarabağ”da sürpriz transfer gerçəkləşib.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.

"Neftçi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən "köhlən atlar”ın heyətinə qayıdıb.

29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə "Qarabağ”da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində "Zenit” (Rusiya), "Trabzonspor” (Türkiyə), "Jilina” (Slovakiya), "Krılya Sovetov” (Rusiya), "Dinamo” (Moskva, Rusiya) və "Buriram Yunayted”də (Tayland) çıxış edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->