Xəbər lenti

39 ildir mövcud olan tarixin ən böyük aysberqi Atlantik okeanında
Dünya 16:19 11.09.2025

39 ildir mövcud olan tarixin ən böyük aysberqi Atlantik okeanında "ölür" (FOTO)

Antarktidadan qopmuş ən iri aysberqlərdən biri - A23a - artıq öz varlığının son mərhələsinə yaxınlaşır.

Qaynarinfo xəbər verir ki, A23a ilk dəfə 1986-cı ildə Filxner-Ronne şelf buzlağından ayrılaraq qeydə alınmışdı. O, uzun müddət - 2020-ci ilə qədər Vedell dənizində dayazlıqda qalıb. Daha sonra dəniz axınları onu hərəkətə gətirərək şimala doğru aparıb.

2025-ci ilin əvvəlində aysberq Cənubi Corciya adasına qədər gəlib çatıb, may ayının sonlarında isə yenidən hərəkətə başlayıb. Əvvəllər onun sahəsi təxminən 4 min kvadrat kilometr idi. Lakin son peyk müşahidələrinə görə, A23a hazırda cəmi 1,8 min kvadrat kilometrə qədər kiçilib.



Britaniya Antarktika Xidmətinin okeanoqrafı Endryu Meyers bildirib ki, aysberq artıq sürətlə dağılmaqdadır:

"O, faktiki olaraq suyun altında əriyir. Temperatur çox isti olduğundan buz qorunmur. Bir neçə həftəyə A23a-nı ayrıca aysberq kimi tanımaq mümkün olmayacaq".

Alimlərin sözlərinə görə, çox az aysberq bu qədər şimala üzə bilir. Lakin A23a-nın nəhəng ölçüləri ona digərlərindən daha uzun müddət mövcud olmağa şərait yaradıb. Hazırda NASA-nın Copernicus peykləri hər gün onun dağılmasını və ətrafında yaranan buz qırıntılarını qeydə alır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->