Bu barədə "Caliber” layihəsinin "YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, Ermənistana yeni silahların, o cümlədən də Hindistandan alınan hərbi texnika və sursatların daşınmasını başqa cür şərh etmək mümkün deyil.
"Dehlinin İrəvanı silahlandırmasına dair ilk məlumatlar hələ ötən il peyda olub. Lakin indi artıq Hindistandan Ermənistana silah daşınmasını əyani şəkildə nümayiş etdirən kadrlar ortaya çıxıb. Əldə edilən məlumata görə, hərbi avtomobillər karvanı Ermənistana İranın Nurduz keçid məntəqəsindən daxil olub. Kadrlardan da göründüyü kimi daşınan yük onun tərkibini gizlətmək üçün tentlə örtülüb”, - deyə süjetdə vurğulanır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər