Xəbər lenti

Deputat: Bu şəxslərə sağlamlıq arayışı rüsum ödənilmədən verilsin
Ölkə 16:55 14.03.2025

Deputat: Bu şəxslərə sağlamlıq arayışı rüsum ödənilmədən verilsin

"İlk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı rüsum ödənilmədən təmin edilsin".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Deputat həmçinin, müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsinin  öz həllinin tapmasını təklif edib.

Qafqaz Rafiqoğlu 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->