Xalq artisti Emin Ağalarov Bakıda "DREAM FEST” adlı yeni beynəlxalq musiqi festivalının keçiriləcəyini açıqlayıb.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu barədə Dubayda "ZHARA FEST” musiqi festivalı zamanı bildirib.
İyulun 24-dən 28-dək keçiriləcək "DREAM FEST”də Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alacaqlar.
Xatırladaq ki, buna qədər Emin Bakıda "ZHARA FEST” beynəlxalq musiqi festivalının təşkilatçılarından biri idi.
Şərhlər