Əməkdar artist Qoçaq Əskərov barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, xanəndə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir.
Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.
529.3-cü maddədə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Nəriman Mehdiyev iş üzrə hakim təyin edilib.
Qoçaq Əskərov Qaynarinfo-ya cəriməsinin olduğunu təsdiqləyib. "Bəli, cəriməm olub, lakin ödəmişəm. Hazırda sərbəst şəkildə avtomobilimi idarə edirəm", deyə xanəndə əlavə edib.
Bahar Rüstəmli
Şərhlər