Əməkdar artist Ehtiram Hüseynov Laçına köçməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Müğənni Qaynarinfo-ya açıqlamasında bir neçə müddətdir ki, Laçında olduğunu bildirib:
"Kəndimiz inşa olunsun, ondan sonra birdəfəlik burada məskən salacağam. Havası, suyu təmizdir. İşim Bakıdadır, ona görə də işimlə bağlı gedib-gələcəyəm. Amma ocağım, evim burada olacaq”.
Qeyd edək ki, xanəndə Ehtiram Hüseynovun hazırda Laçına köçməsi ilə bağlı məlumatlar yayılıb.
Bahar Rüstəmli
Şərhlər