Xəbər lenti

Döyüş ustası 55 saat yumruq atdı, Rekordlar Kitabına düşdü
Dünya 23:37 10.01.2024

Döyüş ustası 55 saat yumruq atdı, Rekordlar Kitabına düşdü

Hindistanda 42 yaşlı döyüş ustası yumruq torbasını 55 saat yumruqlayaraq, Ginnesin Rekordlar Kitabına düşüb.

Qaynarinfo bu barədə NDTV-yə istinadən xəbər verir.

Nailiyyətin müəllifi Sidhu Kşetri adlı döyüş ustasıdır. Ginnesin Rekordlar Kitabının qaydalarına görə, o, ən azı iki saniyədə bir dəfə yumruq vurub. Rekordçuya hər saatda beş dəqiqəlik fasilə verilib.

Bu, Sidhunun ilk uğuru deyil. O, 2013-cü ildə üç dəqiqə ərzində ən çox zərbə vurma rekordunu qırıb - 620 dəfə.

"Son 25 ildir ki, döyüş sənəti ilə məşğulam. Mən ölkəmin inkişafına töhfə verməkdə maraqlıyam, ona görə də dünya rekordu qırmağa çalışmaq qərarına gəldim", deyə Kşetri qeyd edib.

İdmançı son rekordun onun üçün xüsusilə çətin olduğunu etiraf edib:

"Qollarımdakı ağrı təxminən 20 saat sonra başladı. O an öz-özümə xatırladım ki, bu, mənim hədlərimin sınağıdır. İnanırdım ki, emosional olaraq güclü qalsam, ağrıya dözə bilərəm".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->