Məktəblərdəki bədən tərbiyəsi müəllimləri ilə bağlı problemlər var.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin Gənclər və İdman Komitəsinin iclasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov məlumat verib.
Elnur Məmmədov bildirib ki, İdman həftəsi çərçivəsində Məşqçilər Forumu təşkil edildi:
"Mütəxəssislər idmançının formalaşmasında önəmli rol oynayırlar. Onlarla çox işlər görməliyik. Məktəblərdəki bədən tərbiyəsi müəllimləri ilə bağlı problemlər var. Müəllim məşq prosesində istəmədən olsa da, ziyanlı məşq keçir. Bu da sağlamlığa zərər vurur".
Qafqaz Rafiqoğlu
Şərhlər