Xəbər lenti

Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı
Ölkə 14:00 04.10.2024

Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı

Sahibkar Elçin İmamquliyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit Çay Evi"ndə (Elit Pub) qumar oyunlarının oynanılması aşkar edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə sahibkarın qardaşı Elnur İmamquliyev saxlanılıb. 

Məlum olub ki, Elnur İmamquliyev qardaşı ilə birgə sözügedən iaşə obyekti işlədir. O, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri də təşkil edib. 

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Elnur İmamquliyev saxlanılıb, ona Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə cinayət işi açılıb. 

Məhkəmənin qərarı ilə Elnur İmamquliyev 1 il 6 ay müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə bu müddət ərzində yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək vəzifəsi qoyulub. Onun şəxs cəzasını çəkməsinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->