Xəbər lenti

Yekaterinburqda öldürülən azərbaycanlıların meyiti yenidən tibbi ekspertizadan keçiriləcək
Ölkə 21:00 30.06.2025

Yekaterinburqda öldürülən azərbaycanlıların meyiti yenidən tibbi ekspertizadan keçiriləcək

"Rusiyanın qondarma ekspertiziya rəyinin həqiqəti əks etdirmədiyinə əmin olduğumuz üçün Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiziya keçiriləcək və qardaşlarımın həqiqətən nəyə görə dünyalarını dəyişdiyi məlum olacaq".

APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib."Bu günlərdə Rusiyanın agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ailəmizin ürəyinə su səpdi. Bütün soydaşlarımız üçün bu, təsəlli oldu.
Azərbaycan dövlətinə həm öz adımdan, həm də Rusiyanın amansız rejimindən zərər görmüş insanlar adından təşəkkür edirəm”, - o əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->