Ermənistan baş naziri Nikol Paşinyan hökumətin 23 mart tarixli iclasında çıxışı zamanı növbəti absurd tezislər səsləndirib.
Paşinyanın özünü şir kimi hiss etməsinə səbəb isə ehtimal ki, Ermənistanda olan Avropa İttifaqı missiyası, Qərbdən gələn fərdi dəstək səsləri və yaxınlaşan qondarma "demokratiya sammiti” olub.
Bu barədə "Caliber”in "YouTube” kanalının təqdim etdiyi videosüjetdə bildirilib.
Paşinyan yenidən Azərbaycana qarşı ittihamlar irəli sürüb və Azərbaycanın guya qaz təchizatını dayandırdığını iddia edib. Bu arada qaçaqmalçılıq yolu ilə əldə edilən və mənşəyi məlum olmayan bu qaz Ermənistandan Azərbaycanın Qarabağ regionlarına nəql olunur.
Lakin görünür, Paşinyan Beynəlxalq Məhkəmənin bununla bağlı qərarının mətni ilə tanış deyil. Belə ki, qərarın 64-cü bəndində deyilir ki, Ermənistan tərəfi Azərbaycanın Qarabağ sakinlərinin qaz təchizatını dayandırması ilə bağlı hər hansı sübut təqdim etməyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər