Xəbər lenti

Siyasət 21:37 05.02.2024

"Caliber": AŞPA Azərbaycandakı prezident seçkisinə müdaxilə etməyə çalışır

AŞPA Azərbaycandakı seçkini müşahidə etmək üçün dəvət almasa da, bu strukturda Azərbaycana qarşı addımların əsas "dirijoru” olan Frank Şvabe və onun əlaltıları seçki prosesinə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasına qarşı açıq təzyiq və şantajlara əl atırlar.   

Caliber.Az xəbər verir ki, Şvabe və onun dəstəsi büroya təsir göstərmək üçün şəxsi əlaqələrdə olduğu missiya üzvlərindən istifadə edir, onlara müvafiq göstərişlər göndərir. Əsas tələb odur ki, heç bir müsbət cəhəti əks etdirmədən seçkini gözdən salmaq üçün yalnız mənfi cəhətləri aşkar edib qabartmaq lazımdır. Şvabenin adamları bu məqsədlə öz "həmkarlarını” açıq şəkildə hədələyir və şantaj edirlər. 

Qeyd edək ki, ATƏT-in missiyasında ABŞ, Fransa kimi ölkələrdən sifarişləri yerinə yetirən, Şvabe ilə əlaqədə olanlar çoxdur. Bu seçkidə onlar əslində Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yox, öz maraqlarını güdürlər. Məlumata görə, bu şəxslər Davranış Kodeksini və Müşahidəçi Metodologiyasını pozaraq, yalnız seçkini nüfuzdan salmağa yönəlmiş "faktları” tapmaq tapşırığı alıblar və onlar da öz növbəsində missiyanın digər üzvlərinə bu tələblərə əməl etmələri üçün təzyiq göstərirlər. Bunun yekunu isə yalnız maksimum qərəzli və mənfi hesabat hazırlamaq ola bilər. 
Görünür, Şvabe və onun dəstəsi, eləcə də ATƏT missiyasındakı "dostları” hələ də 7 fevral seçkisinin Azərbaycan üçün əhəmiyyətini dərk etməyiblər. Onlar hələ də başa düşə bilməyiblər ki, seçkini gözdən salmaq cəhdi Qarabağdakı qələbəyə kölgə salmaq cəhdindən başqa bir şey deyil. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->