Xəbər lenti

Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı (FOTO)
Foto 11:56 08.12.2025

Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı (FOTO)

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->