Kliniki Tibbi Mərkəzə, Yeni Klinikaya, Abşeron Mərkəzi Xəstəxanası və Neftçilər Xəstəxanasına direktor təyin olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb.
Musa Abbasov Kliniki Tibbi Mərkəzə, Zəhra Vəzirova isə Yeni Klinikaya direktor təyin edilib.
Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Zəhra Vəzirova bu vəzifəyə qədər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.
Hacı Lətifov isə 1998-ci ildən etibarən Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi fəaliyyət göstərib, müxtəlif illərdə özəl tibb müəssisələrində çalışıb.
Zaur Xəlilov isə Neftçilər Xəstəxanasına direktor təyin olunub.
Zaur Xəlilov isə 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.
2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru Barat Yusubov, Abşeron Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən azad olunmuşdu.
Şərhlər