Təyyarənin istehsalçısı olan Embraer zavodunun nümayəndələri Braziliyadan Azərbaycan Hava Yollarına aid təyyarə qəzasının baş verdiyi Aktauya gəliblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
"İstintaq komissiyası təyyarə qəzası baş vermiş ərazidə əlavə işlər planlaşdırıb", - deyə Nazirliyin bəyanatında qeyd edilib.
Bundan əlavə, yaxın günlərdə CENIPA (Hava Qəzaları və Hava Məlumatlarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) nümayəndələrinin də Aktauda olması gözlənilir.
Alpər
Şərhlər