Ötən həftə bir sıra hadisələrlə yanaşı, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Cənubi Qafqaza səfərilə əlamətdar oldu. Rəsmi Berlinin yüksək səviyyəli təmsilçisi bölgədə nadir hallarda göründüyündən onun səfərinin səbəbləri böyük maraq doğururdu.
Bu barədə "Caliber”in "Youtube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
"Sual yaranır: Bu şəxsin bölgəmizə səfəri niyə indiyə - Yaxın Şərqin sözün əsl mənasında qaynadığı bir vaxta təsadüf edib?... Özü də fonda Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qəfildən iki aya yaxındır bütün silahların susduğu bölgəyə səfər edib”, - videomaterialda qeyd olunur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər