Xəbər lenti

Bələdiyyə sədri Ədliyyə Nazirliyinin işinə maneçilik törədib? - Əfqan Astanov məhkəmə qarşısında
Ekonomiks 17:14 20.02.2024

Bələdiyyə sədri Ədliyyə Nazirliyinin işinə maneçilik törədib? - Əfqan Astanov məhkəmə qarşısında

Biləsuvar rayonu Çaylı kənd bələdiyyəsinin sədri Əfqan Astanov barəsində inzibati iş başlanıb. 

Qaynarinfo xəbər verir ki, bələdiyyə sədri İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə ittiham edilir. 

549.1-ci maddə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsi ilə bağlıdır. Bu maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

İş baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib. Rəfail Əliyev iş üzrə hakim təyin edilib. 

Bələdiyyələrə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Bununla bağlı nazirlikdə Bələdiyyələrlə İş Mərkəzi fəaliyyət göstərir. 

Əfqan Astanova qarşı irəli sürülən maddədən aydın olur ki, o, Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətinə mane olub. Bu ittihamın əsaslı olub-olmadığı məhkəmədən sonra bəlli olacaq. Hələlik məhkəmə qərarı olmadığına görə Əfqan Astanovun bu inzibati xətaya yol verib-vermədiyi barədə dəqiq nəsə söyləmək mümkün deyil. 

Çaylı bələdiyyəsi bir müddət əvvəl də məhkəməyə verilib. İddiaçı Hüseynov Ramiz İsi oğlu adlı Biləsuvar sakini olub. Bələdiyyə ilə vətəndaş arasında məhkəmə çəkişməsinin kökündə torpa mübahisələri dayanıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->