"Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası seçki gününü müəyyənləşdirməlidir və ona uyğun olaraq da seçkiyə start vermək olar. Bu günə kimi MSK bununla bağlı qərar qəbul olunmayıb. Bu seçki qanunun pozulması deməkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, bu günə kimi qərarın qəbul olunmaması qanun pozuntusu hesab edilməlidir:
"Axırıncı dəfə seçkilər 2019-cu ilin dekabrın 23-də keçirilib. Seçkinin vaxtını MSK müəyyənləşdirməlidir".
Qulamhüseyn Əlibəyli əlavə edib ki, seçkinin vaxtının dəyişib-dəyişməməsi ilə bağlı əsas olmalıdır:
"Seçkinin vaxtının dəyişməsinin müəyyən qaydası var".
REAL Partiyasının sədri Natiq Cəfərli də vurğulayıb ki, aidiyyatı qurumlar bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərarın gecikməsi aydınlıq gətirməlidirlər:
"Konstitusiyada nəzərdə tutulmuş təyinat vaxtı keçib. Bunun səbəbləri nədir? Hansı səbəblərdən bu addım atılır? Bununla bağlı ictimaiyyət niyə məlumatlandırılmır? Bunun rəsmi səbəblərini öyrənmək hər birimizin haqqıdır. Təəssüf ki, seçki ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur".
Bahar Rüstəmli
Şərhlər