Bayram yaxınlaşdıqca market və bazarlarda ərzaq və ət-toyuq məhsullarının qiymətində günbəgün artım müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bu artım ən çox toyuq və toyuq məhsullarının qiymətində görünür. "Səba” şirkətinə məxsus toyuq məhsullarının qiyməti kəskin qalxıb.
Sözügedən şirkətə məxus toyuq məhsullarından olan qanadın bir kilosu 5 manat 50 qəpikdən 6 manat 90 qəpiyə qalxıb.
Bundan əlavə, budun bir kilosu 4 manat 50 qəpikdən 4 manat 90 qəpiyə, pətənə 3 manat 20 qəpikdən 4 manata, bud dibi 4 manat 90 qəpikdən 5 manat 90 qəpiyə təklif olunur.
Satıcılar bunun səbəbini toyuq ətinə olan təlabatın artması ilə əlaqələndirib.
Bahar Rüstəmli
Şərhlər