Xəbər lenti

İdman 12:32 15.11.2023

"Bavariya" 17 yaşlı futbolçuya 3,4 milyon avro ödəyəcək

"Bavariya" 17 yaşlı  futbolçu ilə anlaşıb.

Qaynarinfo-nun məlumatına görə, alman nəhəngi Tanzaniya əsilli avstraliyalı cinah oyunçusu Nestori İrankundanı transfer edib.

Klubdan verilən açıqlamada Avstraliya klubu "Adelayde Yunayted"də çıxış edən futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib. 2024-cü il fevralın 9-da 18 yaşı tamam olacaq vingerin "Bavariya" ilə müqaviləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Alman mətbuatında çıxan xəbərə görə, "Bavariya" Avstraliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasında 7 matçda 11 qol vuran Nestory Irankunda üçün 3,4 milyon avro transfer haqqı və performansına görə əlavə pul ödəyəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->