Xəbər lenti

Baş nazir Fitso əsəbiləşdi: “Mən prezident olsaydım, o tələbəni...”
Dünya 13:00 15.01.2025

Baş nazir Fitso əsəbiləşdi: “Mən prezident olsaydım, o tələbəni...”

Slovakiyanın baş naziri Robert Fitso, prezident Petr Pellegrininin əlini sıxmaqdan imtina edən, yaxasında Ukrayna bayrağının rənglərində lent taxan slovak tələbəni tənqid edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Fitso Facebook-dakı paylaşımında yazıb.  

Fitso "yalan danışmayacağını”, o, prezident olsaydı və təhsil naziri belə bir tədbir təşkil etsəydi, həmçinin dövlətin üç əsas simasından biri kimi ona əl sıxmaqdan imtina edən əlaçı şagirdlə qarşılaşsaydı, bu məsələ ilə necə davranacağını deyib:  

"Ondan əvvəlcə soruşardım ki, uşaq otağı varmı? Daha sonra, valideynləri ona nə öyrədiblər? Üçüncüsü, mükafatı geri alıb, media qarşısında ona haqq etdiyi yeri göstərərdim. Nəhayət, əməkdaşlığa görə təhsil nazirinə təşəkkür edərdim".  

Fitso deyib ki, prezidentin tələbəyə hörmətlə yanaşdığını dilə gətirməsini yanlış addım adlandırıb:  
"Burada hörmətə layiq bir şey yoxdur", – deyib.  

Baş nazir bildirib ki, "antislovak və antihökumət media tələbəni alqışlayır" və onun "imtinadan ibarət jestini nümunəvi itaətsizlik kimi təqdim edir".  

"Soros mediası dövləti birbaşa efirdə demontaj edir. İnsan kimliyindən asılı olmayaraq, əgər dövlət və liderlərini alçaldırsa, yaxşı hesab olunur. Eyni şey növbəti seçkilərdə də baş verəcək", – deyə Fitso vurğulayıb.  

Xatırladaq ki, Simon Omanik adlı tələbə təhsil naziri Tomas Druker tərəfindən Mərkəzi Avropa Riyaziyyat Olimpiadasında qazandığı bürünc medala görə mükafatlandırılıb.  

Nazir Omaniki prezident Pellegrini ilə əl sıxmağa dəvət etsə də, Omanik bundan imtina edib – prezidentin əli havada qalıb. Bununla yanaşı, Omanik pencəyinə Ukrayna bayrağının rənglərində lent taxmış olub.  

Omanik bu hərəkətini belə izah edib: Pellegrininin 2024-cü ilin yazında keçirilən seçkilərdə, kampaniya zamanı rəqibi İvan Korçoku "müharibə namizədi" kimi təsvir etməklə qalib gəlməsi, "yalan və qorxu kimi ən alçaq insani instinktlərə, hətta slovak cəmiyyətinin bəzi hissələrində antiukrayna əhval-ruhiyyəsinə təsir idi".  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->