Avropa Komissiyası Rusiyadan ilkin alüminiumun idxalına qadağanı nəzərdə tutan 16-cı sanksiya paketini təklif etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Aİ diplomatları çərşənbə axşamı
bildiriblər.
Aİ ölkələrinin 16-cı sanksiya raundunu fevral ayında qəbul etməyi planlaşdırdığı qeyd edilir.
Son iki il ərzində Rusiyadan ilkin alüminiumun Aİ-yə idxalı azalıb. "Trade Data Monitor" məlumat təminatçısının məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Aİ Rusiyadan 130.000 metrik tondan çox ilkin alüminium idxal edib ki, bu da ümumi həcm olan 2,2 milyon tonun təxminən 6%-ni təşkil edir. Müvafiq göstərici 2023-cü ildə 11%, 2022-ci ildə isə 19% olub.
Alpər
Şərhlər