Xəbər lenti

Ekonomiks 18:00 19.09.2025

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda "Sahibkar çətiri" layihəsinə start verilib

Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və birgə Naxçıvanda "Sahibkar çətiri” layihəsinə start verib.

Layihə çərçivəsində ilk tədbir Şərur rayonunda keçirilib. Tədbir çərçivəsində sahibkarlarla görüşlər təşkil olunub, güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları və digər zəruri məsələlər barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır. 

Layihə sahibkarlar tərəfindən maraqla qarşılanıb və növbəti mərhələdə muxtar respublikanın digər bölgələrində də davam etdirilərək, daha geniş sahibkar kütləsinin əhatə olunması nəzərdə tutulur.

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->