Xəbər lenti

Bakıda ana üç günlük körpəsini dənizə ataraq öldürdü
Ölkə 11:41 25.11.2025

Bakıda ana üç günlük körpəsini dənizə ataraq öldürdü

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova üç günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır.
--> -->