Xəbər lenti

AzTV-nin əməkdaşı 38 yaşında vəfat etdi
Ölkə 09:25 16.03.2026

AzTV-nin əməkdaşı 38 yaşında vəfat etdi

Azərbaycan Televiziyasının (AzTV) kollektivinə ağır itki üz verib. Qurumun gənc və istedadlı əməkdaşı Bahadur Nəsirov vaxtsız dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, 38 yaşlı B.Nəsirov bu gün səhər saatlarında qəfil keçinib. Onun ölüm xəbərini həmkarı Sevinc İsmayılqızı ictimaiyyətə çatdırıb.

Mərhumun bir azyaşlı övladı yadigar qalıb.
--> -->