Xəbər lenti

Ağdərədə partlayışlar olacaq - MN-dən xəbərdarlıq
Ölkə 09:39 16.03.2026

Ağdərədə partlayışlar olacaq - MN-dən xəbərdarlıq

Ağdərədə 16-19 mart tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
--> -->