Xəbər lenti

“Azərsun Holdinq” Dubayda Gulfood-2025 sərgisində iştirak edir
Foto 14:31 18.02.2025

“Azərsun Holdinq” Dubayda Gulfood-2025 sərgisində iştirak edir

Dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edən "Azərsun Holdinq” 17-21 fevral tarixlərində BƏƏ-nin Dubay şəhərində təşkil edilən beynəlxalq qida sərgisinə qatılıb.

Sərgi çərçivəsində ziyarətçilərə çay, şokolad, konservləşdirilmiş məhsullar, yağ və digər qida məhsulları təklif edilir. 

Həmçinin "Azərsun Holdinq” stendində qonaqlara "Saville” nar şirəsi və kompotlar ikram edilir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyətə başladığı gündən onlarla milli marka yaradan "Azərsun Holdinq” ölkənin ixrac potensialının artırılmasında mühüm rol oynayır. 

 
Yerli məhsullardan hazırlanan brendlər ölkə hüdudlarını aşaraq , "Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->