Son dövrlər idman məkanlarında təhlükəsizlik və sağlamlıq məsələləri ictimai diqqətin əsas mövzularından birinə çevrilib. Bu çərçivədə World Class Azerbaijan fitness klublarında tətbiq olunan yanaşma preventiv tədbirlərə əsaslanan, davamlı nəzarət mexanizmləri ilə dəstəklənən sistemli bir model kimi formalaşıb.
World Class Azerbaijan-da məşq prosesinə başlamazdan əvvəl hər bir yeni üzv ilkin fiziki qiymətləndirmədən keçirilir. Bu mərhələdə üzvlərin yaş, sağlamlıq durumu və fiziki göstəriciləri nəzərə alınaraq fərdi məşq proqramları hazırlanır. Məqsəd məşq zamanı mümkün risklərin əvvəlcədən müəyyən edilməsi və qarşısının alınmasıdır.
Risk qrupuna aid olan üzvlər üçün əlavə nəzarət mexanizmləri tətbiq olunur, tibbi göstəriş olmadan ağır fiziki yüklənmələrə icazə verilmir. Məşqlər peşəkar məşqçilərin daimi nəzarəti altında həyata keçirilir və bütün proses təhlükəsizlik protokollarına uyğun şəkildə idarə olunur.
World Class Azerbaijan-da təhlükəsizlik anlayışı yalnız fövqəladə hallara reaksiya ilə məhdudlaşmır. Bu, məşqə başlamazdan əvvəl formalaşan, məşq prosesi boyunca davam edən və gündəlik nəzarət prinsipləri ilə idarə olunan kompleks bir sistemdir. Bu yanaşma üzvlər üçün sağlam, balanslı və təhlükəsiz idman mühitinin təmin edilməsinə xidmət edir.
Şərhlər