Xəbər lenti

Ölkədə ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı açıqlandı
Ölkə 19:20 21.01.2026

Ölkədə ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı açıqlandı

Orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı, indiyədək ölümdən sonra orqan donorluğu üçün razılığı təsdiqlənmiş şəxslərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayının 1000 nəfəri ötdüyü bildirilib:

"Həmin şəxslərin ayrı-ayrılıqda hansı orqanların transplantasiyasını gözlədiklərinə dair statistik bölgü isə təxminən aşağıdakı kimidir:

- Böyrək transplantasiyası - 400 nəfərdən çox

- Qaraciyər transplantasiyası - təxminən 180 nəfər

- Ürək transplantasiyası - 30 nəfərə yaxın

- Sümük iliyi transplantasiyası - 500 nəfərdən çox

- Buynuz qişa transplantasiyası - 20 nəfərə yaxın.

Onu da qeyd edək ki, indiyədək ölümdən sonra orqan donorluğu üçün rəsmi razılıq ərizəsi imzalamış şəxslərin sayı təxminən 1200 nəfərə yaxındır".
--> -->