Xəbər lenti

Ölkə 12:29 11.09.2024

"Azərkosmos" Mozambikə kosmik bilik ixrac etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Azərbaycan brendi olaraq kosmik sahə üzrə yaratdığı intellektual məhsulu bu dəfə Mozambik Administrasiyasının Kommunikasiya İnstitutunun nümayəndələrinə təqdim edib.

Qaynarinfo bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Məlumata görə, təlim proqramı çərçivəsində Mozambik təmsilçilərinə radiotezliklərin idarə edilməsinə dair ilkin texniki biliklər verilib, hər bir ölkə üçün xüsusi orbital mövqeyin təyin edilməsi, peyk və Yer stansiyaları üçün müvafiq ərizələrin hazırlanması prosesləri izah edilib. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının peyk məsələlərinə dair təsdiq etdiyi və hazırda qüvvədə olan qaydalar ətraflı şərh edilib.

Xatırladaq ki, Azərkosmos peyk xidmətlərindən əlavə, ötən ildən kosmik sahə üzrə biliklərin ixracına başlayıb. Radiotezliklərin idarə olunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması modullarını əhatə edən bu təlim proqramı Afrika, Mərkəzi Asiya və Yaxın Şərqin kosmos sahəsində inkişaf etməkdə olan ölkələrinə təqdim olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->