Xəbər lenti

Azərbaycanlı jurnalist Almaniyada vəfat etdi
Ölkə 10:47 05.03.2026

Azərbaycanlı jurnalist Almaniyada vəfat etdi

Qubadlı rayonunun Məmər kəndindən olan jurnalist Əli Səlimov dünən Almaniyada dünyasını dəyişib.

Qaynarinfo Konkret.az-a istinadən xəbər verir ki, o, bir neçə il əvvəl ailəsi ilə birlikdə Almaniyaya köçmüşdü. İlkin məlumata görə, Əli Səlimov parkda istirahət edərkən qan təyziqinin yüksəlməsi nəticəsində 59 yaşında vəfat edib.

Qeyd edək ki, Əli Səlimov Qubadlının "Bərgüşad” qəzetində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildən sonra o, Əli Xasayoğlu imzası ilə "Azərbaycan işıqları”, "Azərbaycan”, "Zaman”, "Xalq cəbhəsi" qəzetlərində jurnalist fəaliyyətini davam etdirib. 2000-ci ilin əvvəllərində Almaniyaya köçüb və orada yaşamağa başlayıb…
Allah rəhmət eləsin!

--> -->