Xəbər lenti

Azərbaycanda balıq ehtiyatı tükənmək üzrədir - Çıxış yolu nədir? (ŞƏRH)
Ekonomiks 17:50 28.01.2025

Azərbaycanda balıq ehtiyatı tükənmək üzrədir - Çıxış yolu nədir? (ŞƏRH)

"Balıqçılığın inkişafında yeganə problem vergi yükü ola bilməz. Burada kifayət qədər fərqli istehsal faktorlarının və bazar konyukturunun nəticələri, təsirləri mövcuddur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov Azərbaycanda balıqçılığın inkişafı üçün balıq istehsalçılarının gəlir vergisindən azad edilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib. 

Ekspert hesab edir ki, bütövlükdə problemin üzərinə gedilməsə, bütün istiqamətlərdə eko sistemin təkmilləşdirilməsi ilə bağlı mövqe ortaya qoyulmasa, yalnız vergi güzəşti verilsə bu zaman gözlənilən nəticənin əldə olunması ehtimalı çox aşağı olar:

"Əmin deyiləm ki, balıq sektorunun inkişafında yeganə maneə məhz vergilərdir. Çünki bizim özəl sektorun vergi ödəmə nizam-intizamını nəzərə alsaq vergilər adətən biznesin inkişafında ən az təsir edən faktor kimi çıxış edir. Adətən, biznes dövriyyələrin gəlirlərini rəsmiləşdirmir. Bunun da biznes üzərində yaradacağı böyük fiskalda maliyyə yükü olmur. Əminliklə onu iddia edə bilərəm ki, problem yalnız vergi deyil". 
 


Rəşad Həsənov vurğulayıb ki, balıqçılığın inkişafı üçün resursların qiymətləndirilməsi, əgər potonsialın mövcudluğu ilə bağlı bir nəticə ortaya qoyularsa bu zaman potensialın tam səfərbər edilməsi, istifadə olunması ilə bağlı strateji baxış formalaşdırılmalıdır:
 
"Vergi güzəştlərinin verilməsi də bu konteksdən nəzərdən keçirilə və təşviqedici alət kimi istifadə oluna bilər. Amma yenə də təkrar qeyd edirəm ki, təcrübəmdə vergi güzəştlərinin hər hansı bir sektorda ciddi inkişafa gətirib çıxardığını müşahidə etmirəm. Bunun da əsas səbəbi vergi nizam-intizamının zəif olması və sahibkarın adətən vergi yükünün əhəmiyyətli hissəsindən yayınma imkanlarının mövcudluğudur. Ona görə də bu alətdən istifadə ciddi bir nəticəyə gətirib çıxarmayacaq".

Bundan əvvəl "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı təklif edib ki, balıq istehsalçıları gəlir vergisindən azad edilməlidir:

"Artıq bu sahə kənd təsərrüfatı sahəsi hesab edilir. Aqrar sahə vergilərdən azaddır, ümid edirik ki, bizim sahə də vergilərdən tam azad olacaq. Bu qanunun bizim sahəyə tətbiqinin artıq vaxtı çatıb”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->