Xəbər lenti

UEFA Ukrayna Futbol Assosiasiyasını cərimələdi
İdman 21:34 05.12.2025

UEFA Ukrayna Futbol Assosiasiyasını cərimələdi

UEFA Ukrayna Futbol Assosiasiyasını 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiya ilə keçirilən oyunda azarkeşlərdən birinin "Russia is a terrorist state” yazılı banner açmasına görə 15 min avro məbləğində cərimələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın açıqlamasında deyilir."Bu banner təxribat xarakterli və təhqiredici olduğu üçün idman tədbirində qəbuledilməzdir”, - məlumatda deyilir.

Bundan əlavə, UFA azarkeşlərin meydana daxil olmasına görə 10 min avro, pirotexnikadan istifadəyə görə isə 9 min avro cərimə ödəməli olacaq.

Qurum həmçinin AVRO-2024 pley-off mərhələsində Bosniya və Herseqovina ilə oyunda azarkeş tərəfindən açılan eyni məzmunlu bannerə görə Ukrayna tərəfinə daha 15 min avro cərimə tətbiq edib
--> -->