Xəbər lenti

Gürcüstanda azərbaycanlı məktəb direktoru rüşvətə görə saxlanıldı
Ölkə 19:28 05.12.2025

Gürcüstanda azərbaycanlı məktəb direktoru rüşvətə görə saxlanıldı

Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.

APA  xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.

Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alıb.

Faktla bağlı cinayət işi açılıb. Törədilmiş cinayət əməlinə görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.

DTX-nın yaydığı videogörüntülərdə soydaşımızın bir qadınla Azərbaycan dilində telefon danışığı və 300 ABŞ dolları həcmində rüşvət alması əksini tapıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->